...

Sulşer növbəti mövsümdə də "Mançester Yunayted"in baş məşqçisi qalacaq

İdman Materials 11 Fevral 2019 08:47 (UTC +04:00)
İngiltərinin "Mançester Yunayted" klubunun baş məşqçisinin səlahiyyətlərini icra edən Ule Qunnar Sulşer növbəti mövsüm komandayla işləməyə davam edəcək
Sulşer növbəti mövsümdə də "Mançester Yunayted"in baş məşqçisi qalacaq

Bakı. Trend:

İngiltərinin "Mançester Yunayted" klubunun baş məşqçisinin səlahiyyətlərini icra edən Ule Qunnar Sulşer növbəti mövsüm komandayla işləməyə davam edəcək.

Trend-in "The Sun"a istinadən verdiyi məlumata görə, baş məşqçi və onun agenti 26-cı tur çərçivəsində keçirilən "Fulhem"ə (3:0) qarşı oyundan sonra klubun direktorlar şurasının üzvü Avram Qleyzer ilə görüşüblər.

Bildrilir ki, görüşün yekunu üzrə norveçli məşqçinin növbəti mövsüm üçün də klubda qalması barədə qərar qəbul edilib.

Qeyd edilir ki, Ule Qunnar Sulşer ilə rəsmi olaraq müqavilənin uzadılması çempionatın yekunlaşmasından sonra bəyan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti