...

Olimpiya çempionu: Milli Gimnastika Arenası çox gözəldir

İdman Materials 16 Fevral 2019 12:02 (UTC +04:00)
Milli Gimnastika Arenası, həmçinin Bakı şəhəri çox gözəldir
Olimpiya çempionu: Milli Gimnastika Arenası çox gözəldir

Trend-i buradan izləyin

Bakı. Sara İsrafilbəyova - Trend:

Milli Gimnastika Arenası, həmçinin Bakı şəhəri çox gözəldir.

Bunu Trend-ə Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kubokunda iştirak edən Çin gimnastı və Olimpiya çempionu Donq Donq deyib.

Gimnast bildirib ki, onun da digər iştirakçılar kimi qələbə şansı yüksəkdir.

Olimpiya çempionu son illərdə Azərbaycanda keçirilən dunya çempionatları və kuboklarından danışarkən qeyd edib ki, bu,onun Bakıya ilk gəlişidir.

Onun sözlərinə görə, Dünya Kubokuna qatılan Fransa, Yaponiya, Rusiya və Belarus yığmaları güclülər sırasındadır.

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Donq Donq, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.

Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri keçirilir, ikinci gün isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti