...

Qadın güləşçilərimiz Avropa çempionatında yarışacaq - HEYƏT

İdman Materials 5 Mart 2019 13:29 (UTC +04:00)
Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Qadın güləşçilərimiz Avropa çempionatında yarışacaq - HEYƏT

Bakı. Trend:

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sabah qitə birinciliyində qadın güləşçilərin mübarizəsinə start veriləcək.

Məsul yarışda yığmamızın məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Elis Manolova (65 kq) və Ceyla Nağızadə (68 kq) mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatında qadınlar martın 6-8-də çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti