...

Zidan yenidən "Real Madrid"in baş məşqçisi təyin edilib

İdman Materials 11 Mart 2019 21:54 (UTC +04:00)
Fransalı mütəxəssis Zinəddin Zidan İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi postunda argentinalı Santyaqo Solarini əvəzləyib
Zidan yenidən "Real Madrid"in baş məşqçisi təyin edilib

Bakı. Trend:

Fransalı mütəxəssis Zinəddin Zidan İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi postunda argentinalı Santyaqo Solarini əvəzləyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə futbol klubunun mətbuat xidməti xəbər verib.

Bildirilir ki, klubun rəhbərliyi son oyunlarda qeydə alınan nəticələr səbəbindən müvafiq qərarı qəbul edib.

Qeyd edək ki, S.Solari ötən ilin oktyabr ayında Xulen Lopeteginin əvəzinə "Real Madrid"in baş məşqçisi təyin edilmişdi.

Xəbər lenti

Xəbər lenti