...

Azərbaycan gimnastı Marina Nekrasova Dünya Kubokunun finalında

İdman Materials 15 Mart 2019 16:36 (UTC +04:00)
Azərbaycan gimnastı Marina Nekrasova idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tiri üzərində hərəkətlərdə finala çıxıb.
Azərbaycan gimnastı Marina Nekrasova Dünya Kubokunun finalında

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan gimnastı Marina Nekrasova idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tiri üzərində hərəkətlərdə finala çıxıb.

Trend-in məlumatına görə, idmançı 12,566 xal toplayıb.

Bu növdə, həmçinin aşağıdakı gimnastlar finala vəsiqə qazanıb:

Emma Nedov (Avstrtaliya), Marin Boyer (Fransa), Li Tsi (Çin), Elvira Katsali (Yunanıstan), Lara Mori (İtaliya), Manna Okuti (Yaponiya), Anastasiya Baçinska (Ukrayna).

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.

Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti