...

Rafael Ağayev Avropa çempionatının finalına yüksəlib

İdman Materials 29 Mart 2019 01:13 (UTC +04:00)
İspaniyanın Quadalaxara şəhərində böyüklərin 54-cü Avropa çempionatı çərçivəsində Azərbaycan karateçisi Rafael Ağayev final mərhələsinə yüksəlib
Rafael Ağayev Avropa çempionatının finalına yüksəlib

Bakı. Trend:

İspaniyanın Quadalaxara şəhərində böyüklərin 54-cü Avropa çempionatı çərçivəsində Azərbaycan karateçisi Rafael Ağayev final mərhələsinə yüksəlib.

Trend-in Azərbaycan Milli Karate Federasiyasına istinadən verdiyi məlumata görə, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev rəqiblər Yusid Suljiçi (Bosniya və Herseqovina) - 3:0, Bekim Başanı (Albaniya) - 3:1, Elhami Şabanini (Kosova) - 3:0 və Stanislav Horunanı (Ukrayna) - 5:1 məğlub edərək buna nail olub.

Finalda Rafael Ağayev İtaliya təmsilçisi Luici Busa ilə üz-üzə gələcək. Final martın 30-u baş tutacaq.

Xəbər lenti

Xəbər lenti