...

Şpaqaçımız Ruslan Həsənov dünya birinciliyində bürünc medal qazanıb (VİDEO)

İdman Materials 13 Aprel 2019 12:24 (UTC +04:00)

Bakı. Trend:

Qrup mərhələsində keçirdiyi 6 görüş qalib başa vuran Ruslan Həsənov mütləq nəticə ilə pley-off-a yüksəlib.

Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, 1/64 finalda yunan Dimitrios Markisə 15:6 hesabı ilə qalib gələn Ruslan, ardınca rumıniyalı Adam Masckanı 15:10 hesabı ilə məğlub edib.

Həsənov 1/16 finalda Niderland təmsilçisi Rendi Postmanı yolundan kənarlaşdırıb (15:8). Ruslan 1/8 finalda israilli Stanislav Qalperə gücünü göstərib (15:13).

1/4 finalda Macarıstan qılıncoynadanı David Nagi üzərində 15:11 hesablı qələbə qazanan Ruslan Həsənov dünya birinciliyinin yarımfinalına yüksəlməklə müstəqillik tariximizdə ilk dəfə gənclərin dünya birinciliyində mükafatçılar sırasında yer almağı bacaran qılıncoynadan kimi tarixə düşüb.

Şpaqaçımız yarımfinalda fransal Artur Filippə 7:15 hesabı ilə uduzub.

Digər şpaqaçılarımızdan qrupda keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan Xalid Əliyev pley-off-da çinli Xuedonq Vanqa 10:15 hesabı ilə məğlub olub.

Qrup mərhələsində 6 görüşdən 2-də qalib gələn Barat Quliyev isə pley-off-da Küveyt idmançısı Əli Əlfadhliyə 13:15 hesabı ilə uduzub.

Daha öncə isə yeniyetmə sablyaçıların yarışında qrup mərhəsində keçirdiyi 6 görüşdən 1-də qələbə qazanan Murad Əkbərov çıxışını başa vurmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti