Bakı. Elçin Mehdiyev - Trend:
Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü zamanı növbəti qəza baş verib.
Trend-in məlumatına görə, “Toro Rosso” komandasının pilotu Danil Kvyatın bolidi təhlükəsizlik baryerinə çırpılıb.
Nəticədə bolid trasdan evakuasiya edilib və D.Kvyatın ikinci sərbəst yürüşü dayandırmalı olub.
Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.