• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İdman

Azad Rəhimov: Azərbaycan Mxitaryanın qorxusunu aradan qaldırmaq üçün hər şey edib (VİDEO)

25 May 2019 14:34 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan UEFA Avropa Liqasının final matçında iştirakdan imtina etmiş “Arsenal”ın futbolçusu Henrix Mxitaryanın qorxusunu aradan qaldırmaq üçün hər şey edib.

Trend-in məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov “CNN Sport”a müsahibəsində deyib.

Azərbaycanın H.Mxitaryanın özünü daha təhlükəsiz hiss etməsi üçün daha çox şey edə bilməsi barədə suala cavab verən nazir deyib:

“Daha çox deyəndə nəyi nəzərdə tutursunuz? Biz hər şeyi etdik. Daha çox nə edə bilərik? Biz ona iki F-16 qırıcısının müşayiəti ilə şəxsi təyyarə və ağır artilleriya göndərə bilərik. Bilmirəm, daha nə edə bilərik. UEFA və “Arsenal” bütün mümkün olan və olmayan sənədləri alıblar. Mən öz adımdan məktub göndərmişəm və hökumət, AFFA, eləcə də təhlükəsizliyə cavab verən strukturlar tərəfindən təminat məktubunu imzalamışam. Biz Ermənistan milli komandasını qəbul etmirik, Böyük Britaniya klubunu qəbul edirik”.

H.Mxitaryana zəng edib-etməməsi barədə suala isə A.Rəhimov bildirib ki, onun nömrəsini bilmir:

“Amma onun klub vasitəsilə Londondakı səfirliyimizlə birbaşa əlaqəsi var. Səfir öz müsahibəsində ona əlaqə saxlamağı məsləhət görüb, amma heç bir cavab gəlməyib”.

Nazir 2020-ci ildə Azərbaycanda baş tutacaq futbol üzrə Avropa çempionatının 4 oyununa ermənilərin gəlib-gəlməyəcəyi barədə məsələyə də toxunub:

“Biz heç vaxt idman yarışlarına gələn şəxslərə məhdudiyyət qoymamışıq. Ermənistan vətəndaşlarından ölkəmizə gəlməməmişdən qabaq viza üçün müraciət etmələrini xahiş edirik. Bu, yeganə tələbdir və digər turistlərlə müqayisədə bəlkə də bir qədər çoxdur. Digər məsələlərdə heç bir məhdudiyyət yoxdur”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Henrik Mxitaryan
  • Azad Rəhimov
Digər xəbərlər
Azad Rəhimov: Azərbaycan 10 ölkəyə ekspert yardımı göstərməyə hazırdır (FOTO)
İdman 31 Oktyabr 18:09
Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)
İdman 21 Oktyabr 15:29
Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası öz işinə başlayıb
Gündəm 13 Oktyabr 12:42
Azad Rəhimov: Heydər Əliyevin verdiyi düzgün qərar Azərbaycanda gənclər üçün yeni imkanlar açdı
Cəmiyyət 30 Sentyabr 16:38
Nazir: Növbəti ilin "Olimpiya ili" olacağını nəzər alsaq, bizi daha məsuliyyətli və gərgin il gözləyir (FOTO)
Cəmiyyət 27 Sentyabr 19:23
Azad Rəhimov: Təhsil və gənclər siyasəti hər bir ölkənin prioritet sahələrindən olmalıdır
Cəmiyyət 3 Sentyabr 15:25
Xəbər lenti
Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ olub
Dünya xəbərləri 23:09
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Cəmiyyət 22:30
Azərbaycan neftinin qiyməti dəyişdi
İqtisadiyyat 21:45
Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərdə iştirak edir
Cəmiyyət 21:19
Paytaxt sakinini aldadaraq evini və ticarət obyektini mənimsəyən şəxs saxlanılıb
Hadisə 21:00
İlahiyyat İnstitutu doktoranturaya və dissertanturaya qəbul elan edir
Cəmiyyət 20:46
Hərbi hissədə Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)
Cəmiyyət 20:31
Əfqanıstanda “Taliban” 40 qəbilə ağsaqqalını oğurladı
Dünya xəbərləri 20:04
Aslan İsmayılov: Müxalifətin Oqtay Gülalıyevin müalicəsi barədə siyasi alver etməsi əxlaqsızlıqdır
Siyasət 19:49
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Heydər Əliyev – xalqın ehtiram ünvanı
Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri