...

“Neftçi” Namik Ələskərovla müqavilə müddətini artırıb

İdman Materials 6 İyul 2019 22:35 (UTC +04:00)
“Neftçi” PFK futbolçu Namik Ələskərovla 2019/2020 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb
“Neftçi” Namik Ələskərovla müqavilə müddətini artırıb

Bakı. Trend:

“Neftçi” PFK futbolçu Namik Ələskərovla 2019/2020 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb.

Trend-in məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümünün sonunadək klubun formasını geyinəcək.

Qeyd edək ki, Namik Ələskərov 2016-2019-cu illər ərzində “Neftçi”nin heyətində 70 oyuna çıxıb, 12 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti