...

EYOF: Azərbaycanın iki qadın güləşçisi gümüş medal qazanıb

İdman Materials 22 İyul 2019 18:14 (UTC +04:00)
Gültəkin Şirinova və Mərziyə Sadıqova "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşlərini keçirib.
EYOF: Azərbaycanın iki qadın güləşçisi gümüş medal qazanıb

Bakı. Trend:

Azərbaycanın qadın güləşçiləri Gültəkin Şirinova və Mərziyə Sadıqova "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşlərini keçirib.

Trend-in məlumatına görə, Gültəkin Şirinova (46 kq) finalda uduzaraq gümüş medal qazanıb. O, həlledici dueldə Rumıniya təmsilçisi Georgiana-Lavinia Antuka ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Şirinova gümüş medalla kifayətlənib.

61 kq çəki dərəcəsində mübarizə aparan Mərziyə Sadıqova isə həlledici dueldə İtaliya təmsilçisi Aurora Russo ilə üz-üzə gəlib. Rəqibinə 4:10 hesabı ilə məğlub olan Sadıqova gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan güləşçiləri hələlik 4 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər. Bu gün həmçinin güləşçilərdən biri final, digəri bürünc medal görüşünə çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti