...

EYOF-da üzgüçülük yarışlarının növbəti qalibləri müəyyənləşib

İdman Materials 24 İyul 2019 19:32 (UTC +04:00)
Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə qadınlar arasında 200 metr məsafəyə brass, kişilər arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının qalibləri müəyyənləşib.
EYOF-da üzgüçülük yarışlarının növbəti qalibləri müəyyənləşib

Bakı. Trend:

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə qadınlar arasında 200 metr məsafəyə brass, kişilər arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının qalibləri müəyyənləşib.

Trend-in məlumatına görə, qadınların mübarizəsində Yevgeniya Çikunova (Rusiya) birinci, Castin Delmas (Fransa) ikinci, Molli Mayn (İrlandiya) üçüncü olub.

Kişi üzgüçülərin yarışında isə rumıniyalı David Popoviç qızıl, Britaniya atleti Ceykob Vitl gümüş, Danimarka təmsilçisi Rasmus Nikelsen bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti