...

Çempionlar Liqası: "Qarabağ" səfərdə heç-heçə edib (NƏTİCƏLƏR)

İdman Materials 25 İyul 2019 01:02 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları keçirilib
Çempionlar Liqası: "Qarabağ" səfərdə heç-heçə edib (NƏTİCƏLƏR)

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın "Qarabağ" klubu səfərdə İralandiyanın "Dandolk" klubu ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Qollar: Mahir Emreli (4-cü dəqiqə), P.Hoban (78-ci dəqiqə).

Qeyd edək ki, cavab oyunu iyulun 31-i keçiriləcək.

Digər oyunlarda qeydə alınan nəticələr:

"BATE" - 2:1 - "Rusenborq"

"Ferentsvaroş" - 3:1 - "Valetta"

"ÇFR Kluj" - 1:0 - "Makkabi Tel-Əviv"

"Seltik" - 5:0 - "Kalyu"

"Srvena Zvezda" - 2:0 - "XİK"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti