...

Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi

İdman Materials 17 Avqust 2019 03:26 (UTC +04:00)

Bakı. Trend:

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, dördüncü yarış günündə iki qadın güləşçimiz mübarizəyə qoşulub.

Jalə Əliyeva debütdə Yaponiya təmsilçisinə müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz avqustun 16-da təsəlliverici görüşə çıxıb və kanadalı həmkarıyla da bacarmayıb.

Ceyla Nağızadə isə ilk görüşdə sonuncu xal prinsipinə əsasən ukraynalı güləşçiyə məğlub olub.

62 kq
1/8 final - Jalə Əliyeva - Yuzuka İnaqaki (JPN) 2:13
Təsəlliverici görüş - Jalə Əliyeva - Ana Paula Qonzales (CAN) 0:10

65 kq
1/8 final - Ceyla Nağızadə - Oksana Çudik (UKR) 1:1*

Məqalədə:
Xəbər lenti

Xəbər lenti