...

PSJ klubu ikinci turda məğlub olub

İdman Materials 19 Avqust 2019 07:38 (UTC +04:00)
Avqustun 18-də futbol üzrə Fransa çempionatında ikinci turun növbəti oyunu keçirilib
PSJ klubu ikinci turda məğlub olub

Bakı. Trend:

Avqustun 18-də futbol üzrə Fransa çempionatında ikinci turun növbəti oyunu keçirilib.

Trend xəbər verir ki, ötən mövzumun çempionu “Paris Sen-Jermen” səfərdə “Renn” klubu ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 36-ci dəqiqədə “Paris Sen-Jemen” Edison Kavaninin sayəsində açsa da, ardıcıl iki qol buraxan paytaxt təmsilçisi yeni mövsümün ikinci turunda məğlubiyyətlə üzləşib. Meydan sahiblərinin heyətində Mbaye Niyanq (44) və Romain Del Kostillo (48) fərqlənməyə nail olublar.

Qeyd edək ki, “Paris Sen-Jermen” birinci turda “Nimes” klubunu məğlub etmişdi (3:0).

Növbəti turda “Paris Sen-Jemen” doğma meydanda “Tuluza” klubunu qəbul edəcək, “Renn” isə səfərdə “Strasburq”un qonağı olacaq.

Üçüncü turun görüşləri avqustun 24, 25, 27 və 29-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti