...

Qadın güləşçilərimiz Türkiyədə dünya çempionatına hazırlaşırlar (FOTO/VİDEO)

İdman Materials 19 Avqust 2019 23:10 (UTC +04:00)
Qadınlardan ibarət güləş yığmamız Türkiyənin Sarıyer şəhərində təlim-məşq toplanışını davam etdirir.
Qadın güləşçilərimiz Türkiyədə dünya çempionatına hazırlaşırlar (FOTO/VİDEO)

Bakı. Trend:

Qadınlardan ibarət güləş yığmamız Türkiyənin Sarıyer şəhərində təlim-məşq toplanışını davam etdirir.

Trend-in məlumatına görə, avqustun 24-dək davam edəcək hazırlıq prosesi gələn ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Türkiyə və Monqolustan milliləri ilə birgə təşkil edilən hazırlıq prosesi əsasən fiziki hazırlıq üzərində qurulub.

Qeyd edək ki, komandamız son hazırlıq prosesini Qazaxıstanda keçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti