...

Dünya çempionatında böyük uğura imza atan cüdoçularımız Vətənə dönüb (FOTO)

İdman Materials 3 Sentyabr 2019 16:29 (UTC +04:00)
Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında çıxış edən Azərbaycan yığma komandası bu gün Vətənə dönüb.
Dünya çempionatında böyük uğura imza atan cüdoçularımız Vətənə dönüb (FOTO)

Bakı. Trend:

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında çıxış edən Azərbaycan yığma komandası bu gün Vətənə dönüb.

Trend-in məlumatına görə, milli komandanın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, çoxsaylı azarkeşlər, idmançıların doğmaları və yaxınları gül-çiçək dəstələri ilə qarşılayıblar.

Xatırladaq ki, dünya çempionatında Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) isə bürünc medal qazanıb. Digər cüdoçularımız Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (+78 kq) isə 7-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının sonuncu günündə təşkil olunan qarışıq komanda yarışlarında uğurla çıxış edərək 5-ci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti