...

Veronika Qudis: Mənim idmanda məqsədim Olimpiadaya düşməkdir

İdman Materials 12 Sentyabr 2019 15:17 (UTC +04:00)
Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının iştirakçısı Veronika Qudis yarışa hər gün 8-9 saat hazırlaşır
Veronika Qudis: Mənim idmanda məqsədim Olimpiadaya düşməkdir

Bakı. Trend:

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının iştirakçısı Veronika Qudis yarışa hər gün 8-9 saat hazırlaşır.

Gimnast Trend-ə müsahibəsində yarışa hazırlıqdan və gələcək hədəflərindən danışıb.

O, gimnastikaya xalasının vasitəsilə başladığını deyib:

“Mənim xalam məşqçi olub və tez-tez onunla məşqlərə gedirdim. Digər qızların necə məşq etdiyini görüb, həvəsə gəldim. Gimnastika ilə 3 yaşından məşğul oluram, Azərbaycan millisində isə 4 ildir ki, çıxış edirəm”.

Hazırda onun üçün ən vacibi dünya çempionatında iştirakdır:

“Hazırlıqlar ciddi şəkildə davam edir, hər gün 8-9 saat məşq edirik. Bizim üçün bu yarış böyük əhəmiyyət kəsb edir, Olimpiya oyunlarına vəsiqə qazanmaq istəyirik. Mənim idmanda məqsədim Olimpiadaya düşmək, layiqli çıxış etmək və ölkə üçün bir şey etməkdir”.

V.Qudis bildirib ki, gimnastika xarakteri möhkəmləndirir, iradəni gücləndirir və qarşıya məqsəd qoymağı öyrədir:

“Bəzən məşq prosesində nəsə alınmayanda psixoloji cəhətdən çətin olur. Bu məqamda sakitləşməyə və özümü toplamağa çalışıram. Tamaşaçıların dəstəyini hiss edəndə, onları sevindirmək istəyirsən”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti