Bakı. Cani Babayeva - Trend:
Bakıda bədii gimnastika üzrə dünya çempionatı parlaq keçir.
Bunu Trend-ə rusiyalı tamaşaçı Marina Naumova deyib.
O, Bakıya ilk dəfə gəldiyini bildirib:
"Açılış mərasimində gözəl şou təqdim olundu, zalda uşaqlar heyranlıq içində idi. Biz hamımız video çəkirdik və sosial şəbəkələrdə yayımlayırdıq, ona görə də bütün yaxınlarımız açılış mərasimini izləyə bildi".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.