...

Amerikalı gimnastlar Milli Gimnastika Arenasına heyran olduqlarını bildiriblər (FOTO)

İdman Materials 19 Sentyabr 2019 02:13 (UTC +04:00)
Amerikalı gimnastlar Evita Qriskenas, Kamilla Fili və Laura Zenq Milli Gimnastika Arenasından heyranlıqlarını bildirib
Amerikalı gimnastlar Milli Gimnastika Arenasına heyran olduqlarını bildiriblər (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Amerikalı gimnastlar Evita Qriskenas, Kamilla Fili və Laura Zenq Milli Gimnastika Arenasına heyran qaldıqlarını bildiriblər.

Bədii gimnastika üzrə dünya çempionatınln təsnifat mərhələsində çıxış etdikdən sonra gimnastlar Trend-ə müsahibə verib.

E.Qriskenas Bakıda ilk dəfə 2017-ci ildə Dünya Kubokunda iştirak etdiyini deyib:

“Yenidən bu şəhərə qayıtmışam, amm sanki hər şey yenidir. Dekorasiyalar əladır, zal gözəldir. Tamaşaçılar çoxdur və idmançılar fəal şəkildə dəstəklənir. Burada ABŞ-dan da azarkeşlərin olması xoşdur”.

K.Fili öz növbəsində yarışların dördüncü günündə çıxışından razı qaldığını bildirib.

L.Zenq isə vurğulayıb ki, Azəbaycan tamaşaçılarının münasibəti onları ruhlandırır.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti