...

Sərbəst güləşçilərimiz Xasavyurtda beş medal qazanıb (FOTO)

İdman Materials 4 Noyabr 2019 12:24 (UTC +04:00)
Oktyabrın 31-dən noyabrın 3-dək Dağıstanın Xasavyurt şəhərində Arsenəli Murtuzəliyevin xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.
Sərbəst güləşçilərimiz Xasavyurtda beş medal qazanıb (FOTO)

Bakı. Trend:

Oktyabrın 31-dən noyabrın 3-dək Dağıstanın Xasavyurt şəhərində Arsenəli Murtuzəliyevin xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda məşqçilər Namiq Quliyev və Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi təmsil edən sərbəst güləşçilərdən beşi fəxri kürsüyə qalxıb. Ramik Heybətov (55 kq), Sabir Cəfərov (65 kq) və Cəbrayıl Hacıyev (71 kq) gümüş medal qazanıb. Rəşid Sadıxhacıyev (80 kq) ilə Saqadulla Ağayev (92 kq) isə bürünc medalı boynundan asıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti