...

Voleybol üzrə Bakı birinciliyinə start verilib

İdman Materials 14 Noyabr 2019 16:38 (UTC +04:00)
Bu gün 2006-2007-ci il təvəllüdlü qızlar arasında Bakı birinciliyinə start verilib.
Voleybol üzrə Bakı birinciliyinə start verilib

Bakı. Trend:

Bu gün 2006-2007-ci il təvəllüdlü qızlar arasında Bakı birinciliyinə start verilib.

Trend-in məlumatına görə, yarışlarda 6 komanda - UGİM, “Xətai”, “Azərreyl 1”, “Azərreyl 2”, “Abşeron”, “Azəri” iştirak edir.

Dairəvi sistem üzrə keçirilən yarışın birinci günündə “Azərreyl 1” komandası “Azərreyl 2”ni, “Azəri” isə “Xətai”ni 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, sonda ən çox xal qazanan komanda Bakı birincisi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti