Bakı. Trend:
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.
Trend-in məlumatına görə, AFFA-nın İntizam Komitəsinin qərarına əsasən, birinci divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:
Turan Tovuz (I Divizion)
1.Qocayev Sənan – futbolçu
2. Rüstəmov Misir – futbolçu
3. Bağırov Emin – futbolçu
4. Sadıqov İlkin – futbolçu
5. Məmmədov Rüfət – futbolçu
6. Tağıyev Eltay – futbolçu
7. Quluzadə Şahin – futbolçu
Ağsu (I Divizion)
1. Kərimov Rəşad – İcraçı direktor
2. Bayramov Kənan – qapıçılar üzrə məşqçi
3. Hacıyev Ənvər – klubun işçisi
4. Əliyev Ramil – futbolçu
5. İbrahimov Vüsal – futbolçu
6. Əmrahov Qalib – futbolçu
7. Əliyev Elçin – futbolçu
8. Əliyev Məhəmməd – futbolçu
9. Həşənov Şamo – futbolçu
10. Mirzaliyev Ruslan – futbolçu
11. Quliyev Orxan – futbolçu
12. Rəhimov Fərrux – futbolçu
13. Həşimov Elçin – futbolçu
14. Babayev Malik – futbolçu
15. Kərimov Ramil – futbolçu
16. Mustafayev Vüsal – futbolçu
17. Məmmədov Kənan – futbolçu
Zirə (I Divizion)
1. Əliyev Səbuhi – futbolçu
Uğur FK (region liqası)
1. Məhərrəmov Cəmşid – futbolçu
Ağsu Siti (region liqası)
1. Alhüseynli Tuqay – futbolçu
Alyans FK (region liqası)
1. Rəhimli Cəmil – futbolçu
Qeyd edək ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.