...

AzTU-nun tələbəsi dünya kubokunun sahibi oldu

İdman Materials 16 Dekabr 2019 16:12 (UTC +04:00)
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Juboksinq citsu üzrə növbəti Dünya Kuboku yarışı keçirilib.
AzTU-nun tələbəsi dünya kubokunun sahibi oldu

Bakı. Samir Əli - Trend:

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Juboksinq citsu üzrə növbəti Dünya Kuboku yarışı keçirilib.

Trend-in məlumatına görə, yarışa dünyanın 9 ölkəsindən müxtəlif çəki dərəcələrindən olan idmançılar qatılıb. Ölkəmizi 55 kq çəki dərəcəsində təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsinin 3-cü kurs tələbəsi Əli Hacıyev bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.

AzTU-nun rektoru Vilayət Vəliyev idmançı tələbəmiz və onun məşqçisi Hikmət Mahmudovla görüşüb, onları qələbə münasibətilə təbrik edib, gələcəkdə daha böyük uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti