...

Tiaqo Motta "Cenoa"nın baş məşqçisi vəzifəsindən istefaya göndərilib

İdman Materials 29 Dekabr 2019 08:35 (UTC +04:00)
Tiaqo Motta İtaliyanın "Cenoa" futbol klubunun baş məşqçisi vəzifəsindən istefaya göndərilib
Tiaqo Motta "Cenoa"nın baş məşqçisi vəzifəsindən istefaya göndərilib

Bakı. Trend:

Tiaqo Motta İtaliyanın "Cenoa" futbol klubunun baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə futbol klubunun mətbuat xidmətindən bildiriblər.

İtaliya çempionatı çərçivəsində 21 dekabr keçirilən sonuncu matçda "Cenoa" səfərdə Milan təmsilçisi "İnter"ə böyük hesabla məğlub olub - 4:0. Çempionatın 17 turundan sonra klub turnir cədvəlində 11 xalla sonuncu yerdə qərarlaşıb.

"Cenoa"nın yeni baş məşqçisi klubun sabiq futbolçusu (1992-2001) Davide Nikola təyin edilib.

Xəbər lenti

Xəbər lenti