Bakı. Trend:
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkil etdiyi atletika üzrə yeniyetmələr arasında Bakı birinciliyi yarışları başlayıb.
AAF-dan Trend-ə verilən məlumata görə, birincilik Respublika Olimpiya Mərkəzində, 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilir. Turnirdə qızlar və oğlanlar yarışır.
Çempionatda 100-ə yaxın atlet mübarizə aparır.
Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.