...

Merih Demiral Avropa çempionatında oynaya bilməyəcək

İdman Materials 15 Yanvar 2020 17:12 (UTC +04:00)
“Yuventus”un müdafiəçisi Merih Demiral dizindən əməliyyat olunub.
Merih Demiral Avropa çempionatında oynaya bilməyəcək

Bakı. Trend:

“Yuventus”un türkiyəli futbolçusu Merih Demiral dizindən əməliyyat olunub.

Trend-in məlumatına görə, müdafiəçi meydana yalnız 6-7 aydan sonra dönə biləcək. Buna görə də 21 yaşlı futbolçu Avropa çempionatında iştirak etməkdən məhrum olacaq.

Qeyd edək ki, Merih A Seriyasının “Roma” ilə oyununda qol vurandan bir neçə dəqiqə sonra zədələnərək meydanı tərk etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti