...

Cüdoçularımız Avropa kuboku yarışında mübarizəyə qoşulub

İdman Materials 2 Fevral 2020 14:03 (UTC +04:00)
Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə açıq Avropa kuboku turnirinin ikinci günündə 4 cüdoçumuz mübarizəyə başlayır
Cüdoçularımız Avropa kuboku yarışında mübarizəyə qoşulub

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə açıq Avropa kuboku turnirinin ikinci günündə 4 cüdoçumuz mübarizəyə başlayır.

Trend-in məlumatına görə, ağır çəkili cüdoçuların yarışlarında Araş Ağayi (81 kiloqram), Zaur Dünyamalıyev (90 kiloqram), Aslan Mirzəyev (100 kiloqram), İmran Yusifov (+100 kiloqram) güclərini sınayırlar.

Qeyd edək ki, fevralın 1-də keçirilmiş yarışların birinci günündə Oruc Vəlizadə (60 kiloqram) gümüş medal qazanıb.

Turnirə bu gün yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti