Bakı. Trend:
AFFA Region Liqası və Yüksək Liqa (qızlar) barədə məlumat yayıb.
Qurumdan Trend-ə verilən məlumata görə, AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqasının oyunlarına azarkeş marağının yüksək olması, qızlardan ibarət komandaları arasında keçirilən Yüksək Liqada isə heyətlərdə şagir və tələbələrin yer alması ilə əlaqədar, profilaktik tədbirlər nəzərə alınaraq hər iki turnirin bu həftə keçirilməsi planlaşdırılan oyunları təxirə salınır.