...

Ukraynalı gimnast "AGF Junior Trophy" beynəlxalq turnirində dəstəli at üzərində hərəkətlərdə qızıl medal qazanıb

İdman Materials 8 Mart 2020 13:20 (UTC +04:00)
Ukraynalı gimnast Radomir Stelmax kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin finalında dəstəli at üzərində hərəkətlərdə 13.500 xal toplayaraq qızıl medal qazanıb
Ukraynalı gimnast  "AGF Junior Trophy" beynəlxalq turnirində dəstəli at üzərində hərəkətlərdə qızıl medal qazanıb

Bakı. Cani Babayeva - Trend:

Ukraynalı gimnast Radomir Stelmax kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin finalında dəstəli at üzərində hərəkətlərdə 13.500 xal toplayaraq qızıl medal qazanıb.

Trend-in məlumatına görə, 13.350 xalla Gürcüstan təmsilçisi Daçi Dolidze gümüş medal, 13.250 xalla digər ukraynalı gimnast Mikita Melnikov isə bürünc medal qazanıblar.

Azərbaycan gimnastı Rəsul Əhmədzadə 10.950 xalla 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

“AGF Junior Trophy” 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti