...

"Formula-1" üzrə Kanada Qran Prisi təxirə salındı

İdman Materials 7 Aprel 2020 23:00 (UTC +04:00)
"Formula-1" üzrə Kanada Qran Prisi yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması səbəbilə qeyri-müəyyən müddətə təxirə salınıb
"Formula-1" üzrə Kanada Qran Prisi təxirə salındı

Bakı. Trend:

"Formula-1" üzrə Kanada Qran Prisi yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Kanada Qran Prisinin təşkilatçıları bildirib.

Bildirilir ki, Kanada Qran Prisi 12-14 iyul tarixlərində Monrealda baş tutmalı idi.

Qeyd edək ki, yarışlar Kanadada 1961-ci ildən keçirilir. Bu müddət ərzində Monrelda keçirilən Qran Pri üç dəfə ləğv edilib: 1975, 1987 və 2009-cu illərdə.

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların ümumi sayı təxminən 1,4 milyona çatıb, 80 minə yaxın insan dünyasını dəyişib. Kanadada koronavirua 17 mindən artıq insan yoluxub, 3791 nəfərin ölümü təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti