...

İspaniyada danışılmış oyunlarda iştirak edən iki sabiq futbolçu həbs olunub

İdman Materials 24 Aprel 2020 14:42 (UTC +04:00)
İspaniyanın Navarra əyalət məhkəməsi danışılmış oyunlarda şübhəli şəxsləri, o cümlədən iki sabiq futbolçun azadlıqdan məhrum edib
İspaniyada danışılmış oyunlarda iştirak edən iki sabiq futbolçu həbs olunub

Bakı. Trend:

İspaniyanın Navarra əyalət məhkəməsi danışılmış oyunlarda şübhəli şəxsləri, o cümlədən iki sabiq futbolçunu azadlıqdan məhrum edib.

Trend-in məlumatına görə, “Osasuna” futbol klbunun keçmiş direktorlarından biri Anxel Mariya Biskaya 8 il 8 ay müddətində həbs edilib.

“Betis” klubunun sabiq futbolçuları Antonio Amaya və Xavyer Torres bir il müddətinə azadlıqdan məhrum edilib.

Onlar 2012-2014-cü illər ərzində iki danışılmış matçın təşkil olunmasında təqsirli bilinib.

Ümumilikdə, həmin cinayət işində 11 nəfərin adı hallanıb. Onlardan 9 nəfəri müxtəlif cəzalara məhkum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti