...

UFC 249 turniri mayın 9-da Floridada keçiriləcək

İdman Materials 25 Aprel 2020 01:12 (UTC +04:00)
UFC 249 turniri mayın 9-da Floridada keçiriləcək

Bakı. Trend:

UFC 249 çempionatı mayın 9-da ABŞ-ın Ceksonvil şəhərində (Florida ştatı) keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Florida ştatının boks komissiyasının icraçı direktoru Patrik Kanningem bildirib.

"Florida UFC-ni günəşli ştatda salamlayır, komissiyamız 9, 13 və 16 may tarixlərində keçiriləcək tədbirlərə icazə verməyə hazırdır. May ayının üç günündə davam edəcək bu turnir ilə Florida UFC-yə önümüzdəki aylarda faydalanacağına ümid etdiyimiz yeni imkanlar üçün zəmin hazırlayaraq təşkilatla güclü tərəfdaşlıq qurmağa davam edir", - icraçı direktor deyib.

Bildirilir ki, bütün döyüşlər "Vystar" arenasında tamaşaçısız keçəcək.

UFC 249 turniri aprelin 18-də Kaliforniyada keçirilərək əsas döyüşü kimi rusiyalı Həbib Nurməhəmmədov ilə amerikalı Toni Fergüson arasında titul döyüşü olmalı idi. Lakin sonradan H. Nurməhəmmədov koronavirus pandemiyası səbəbindən iştirakdan imtina etməli olub və amerikalı Castin Geyc ilə əvəz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti