...

Azərbaycan gimnastları polisləri peşə bayramı münasibətilə təbrik edib (VİDEO)

İdman Materials 2 İyul 2020 11:48 (UTC +04:00)
Azərbaycan gimnastları polisləri peşə bayramı münasibətilə təbrik edib (VİDEO)

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan Gimnastika Federasiyası Polis günü ilə əlaqədar videoçarx təqdim edib.

Trend-in məlumatına görə, videoçarxda azərbayanlı gimnastlar ölkəmizdə qanunun keşiyində dayananları peşə bayramı münasibətilə təbrik edib. İdmançılar polis əməkdaşlarına bəzən həyati risklə müşayiət olunan işlərinə görə dərin minnətdarlığını bildirib və onların işinin cəmiyyət üçün nə qədər vacib olduğunu vurğulayıb.

Videoçarx Azərbaycan Gimnastika Federasiyasının sosial şəbəkələrdəki hesablarında təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti