...

PSJ 13-cü dəfə Fransa Kubokunu qazandı

İdman Materials 25 İyul 2020 02:12 (UTC +04:00)
PSJ 13-cü dəfə Fransa Kubokunu qazandı

Bakı. Trend:

Futbol üzrə Fransa kubokunun final oyununda "Pari San-Jermen"lə "Sent-Etyen" komandaları qarşılaşıblar.

Trend-in məlumatına görə, oyun "Stad de Frans"da keçirilib və 1:0 PSJ-nin qələbəsi ilə sona çatıb.

Yeganə qolu Neymar 14-cü dəqiqədə vurub. Matçın 31-ci dəqiqəsində "Sent-Etyen"in qapıçısı Loik Perren PSJ-nin forvardı Kilian Mbappeyə qarşı qaydanı pozduğuna görə qırmızı vərəqə alıb.

Beləliklə, PSJ 13-cü dəfədir ki Fransa kubokunu qazanır.

Xatırladaq ki, yeni ölkə çempionatı avqustun 22-də başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti