...

"Barselona"nın futbolçusu Suares 2021-ci ildə "İnter Mayami"yə keçə bilər

İdman Materials 30 İyul 2020 09:21 (UTC +04:00)
"Barselona"nın futbolçusu Suares 2021-ci ildə "İnter Mayami"yə keçə bilər

Bakı. Trend:

"Barselona"nın uruqvaylı hücumçusu Luis Suares 2021-ci ildə Devid Bekxemin "İnter Mayami"sinə transfer edilə bilər.

Trend-in məlumatına görə, bu barədə "Mundo Deportivo" nəşri xəbər verir.

"Barselona"nın rəhbərliyi futbolçu ilə müqaviləni hələ uzadmayıb. Razılaşmanın müddəti 2021-ci ilin yayında başa çatacaq. 32 yaşlı oyunçu növbəti mövsümdəki matçların 60 faizində iştirak edəcəyi təqdirdə müqavilənin avtomatik yenilənməsini gözləyir. "İnter Mayami" müqavilənin uzadılmayacağı halda hücumçunu pulsuz götürmək niyyətindədir.

L.Suares "Barselona"da 2014-cü ildən oynayır. Futbolçu bu müddətdə İspaniyanın dördqat çempionu, İspaniya Kubokunun dördqat və Superkubokunun ikiqat sahibi, Liqa çempionatının qalibi olub. O həmçinin Uruqvayın "National", Niderlandın "Qroningen", "Ayaks" və İngiltərənin "Liverpul" komandalarında oynayıb. Uruqvay millisində L.Suares 111 matç keçirib, 58 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti