Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin püşkü atılıb.
Trend-in məlumatına görə, püşkatma nəticəsində "Neftçi", "Keşlə" və "Sumqayıt"ın rəqibləri bəlli olub.
"Neftçi" Şimali Makedoniyanın "Şkupi", "Keşlə" Albaniyanın "Laçi”, Sumqayıt isə Şimali Makedoniyanın digər komandası "Şkendiya" ilə qarşılaşacaq.
Hər üç klubun oyunları Azərbaycanda keçiriləcək. Birinci təsnifat mərhələsinin oyunları avqustun 27-də gerçəkləşəcək və bir oyundan ibarət olacaq.
Xatırladaq ki, "Qarabağ" da Çempionlar Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniya klubu ilə qarşılaşacaq. Ağdamlıların rəqibi "Sileks" olacaq.