...

"Neftçi" "Qalatasaray"la qarşılaşacaq

İdman Materials 31 Avqust 2020 15:21 (UTC +04:00)
"Neftçi" "Qalatasaray"la qarşılaşacaq

Bakı. Trend:

İsveçrənin Nyon şəhərində 2020-2021-ci il UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatmaya əsasən, Azərbaycan təmsilçisi "Neftçi" Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşacaq.

Bir görüşdən ibarət olan mərhələdə "Neftçi" öz matçını doğma meydanda keçirəcək.

İkinci təsnifat mərhələsinin matçları sentyabrın 17-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti