...

Roberto Karlos və gənc azərbaycanlı futbolçular - Onlayn dünya çempionatının püşkü atılıb

İdman Materials 30 Noyabr 2020 16:19 (UTC +04:00)
Roberto Karlos və gənc azərbaycanlı futbolçular - Onlayn dünya çempionatının püşkü atılıb

Bakı. Vüqar İmanov - Trend:

Gənc azərbaycanlı futbolçuların iştirak etdiyi “Dostluq üçün futbol” onlayn dünya çempionatının püşkatma mərasimi keçirilib.

Təşkilatçıların Trend-ə verdiyi məlumata görə, “Qazprom” şirkətinin beynəlxalq uşaq sosial proqramı çərçivəsində keçirilən turnirdə 32 komanda iştirak edəcək.

Püşkatmaya əsasən azərbaycanlı futbolçulardan Mikayıl Abdullayev “Cənubi Amerika harpiya qartalı”, Ələmdar Əhmədov “Çay delfini”, İsmayıl Vəliyev isə “Odlu salamandr” komandalarının heyətində mübarizə aparacaqlar. Uşaqlar Fransa, Uqanda, Tanzaniya, Cənubi Koreya, Rumıniyadan olan iştirakçılarla birgə qarışıq komandalarda çıxış edəcək.

Ümumilikdə dünya çempionatında 100-dən çox ölkə iştirak edəcək. Çempionatın finalı dekabrın 9-da baş tutacaq. Yarışın qaliblərinə 2021-ci il UEFA Çempionlar Liqasının İstanbulda keçiriləcək finalına biletlər təqdim olunacaq.

Canlı yayımlanan püşkatma mərasiminin xüsusi qonağı braziliyalı futbol ulduzu, Braziliya milli komandasının və “Real Madrid” klubunun sabiq futbolçusu Roberto Karlos olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti