...

Məsut Özil: Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm (VİDEO)

İdman Materials 27 Yanvar 2021 19:07 (UTC +04:00)
Məsut Özil: Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm (VİDEO)

Bakı. Trend:

“Fənərbaxça”nın yeni transferi Məsut Özilin təqdimetmə mərasimi olub.

Trend-in məlumatına görə, mərasimdə ulduz futbolçu Azərbaycanla bağlı fikirlərini bölüşüb.

O bildirib: “Azərbaycana salam göndərirəm. Sadəcə, “Fənərbaxça” tərəfdarlarına deyil, hər kəsə salamımı çatdırıram. Bizi dəstəklədikləri üçün təşəkkür edirəm”.

Daha sonra İstanbul klubunun prezidenti Ali Koç Azərbaycanla bağlı fikirlərini dilə gətirib: “3 ölkə var ki, orada oynamaq istəyirik. Onlardan birincisi Azərbaycandır. Məsutun gəlməsi ilə bu daha çox reallaşa bilər. Yaxında Azərbaycana gedib orada yoldaşlıq görüşü keçirəcəyimizə inanıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti