...

UEFA Avropa çempionatını 12 şəhərdə keçirmə qərarını təsdiqlədi

İdman Materials 28 Yanvar 2021 03:40 (UTC +04:00)
UEFA Avropa çempionatını 12 şəhərdə keçirmə qərarını təsdiqlədi

Bakı. Trend:

Avropa Futbol Çempionatı əvvəlcədən planlaşdırıldığı kimi 12 şəhərdə keçiriləcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) mətbuat xidməti məlumat verib.

"UEFA Avropa Çempionatını bütün 12 şəhərdə keçirmək niyyətindədir. Avropadakı milli komandaların flaqman turniri futbolun kütləvi və daha geniş inkişafı üçün həyati vacib maliyyə mənbəyidir", - birliyin rəhbəri Aleksandr Çeferin deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti