...

"Yuventus" futbol üzrə İtaliya Kubokunun yarımfinalına çıxdı

İdman Materials 28 Yanvar 2021 02:25 (UTC +04:00)
"Yuventus" futbol üzrə İtaliya Kubokunun yarımfinalına çıxdı

Bakı. Trend:

Futbol üzrə İtaliya Kubokunun 1/4 final matçında Turinin "Yuventus" klubu öz meydançasında Ferrara şəhərindən olan "SPAL" komadasını məğlub etdi.

Trend-in məlumatına görə, görüş Turində "Allianz Stedium"un arenasında boş tribunalarla baş tutdu və ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatdı.

Qolları penaltidən Alvaro Morata, Canluka Frabotta, Deyan Kulusevski və Federiko Kyeza vurublar.

Daha əvvəl "Atalanta"nın İtaliya kubokunun 1/4 finalında Roma "Latsio"sunu məğlub etdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti