...

İngiltərə Premyer Liqası: "Mançester Siti" "Liverpul"u darmadağın etdi

İdman Materials 8 Fevral 2021 03:49 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Mançester Siti" "Liverpul"u darmadağın etdi

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində "Liverpul" "Mançester Siti"ni qəbul edib.

Trend-in məlumatına görə, oyun qonaqların 1:4 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibinin heyətində yeganə qolu Məhəmməd Salah (penalti) vurub, qonaqların heyətində isə Rəhim Sterlinq, Fil Foden və İlkay Gündoğan (dubl) fərqləniblər.

"Mançester Siti" bu qələbəsi ilə xallarının sayını 50-yə çatdırıb və turnir cədvəlində liderliyini möhkəmləndirib. "Liverpul" turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, növbəti turda "Liverpul" "Lester"in qonağı olacaq, "Mançester Siti" isə "Tottenhem"i qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti