...

Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək

İdman Materials 2 Mart 2021 12:36 (UTC +04:00)
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək

Bakı. Elçin Mehdiyev - Trend:

2021 Formula 1 Azərbaycan Qran Pirisində televiziya və radiolar akkreditasiyadan keçirilməyəcək.

Trend-in məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bu gün keçirilən seminarında bildirilib.

Qeyd olunub ki, buna səbəb koronavirus pandemiyasıdır. Yalnız İdman TV-nin Formula 1 ilə uzunmüddətli müqaviləsi olduğuna görə yayım hüququ olacaq.

Qeyd edək ki, bu il Formula 1 Azərbaycan Qran Prisi 4-6 iyun tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti