...

İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir

İdman Materials 21 Aprel 2021 08:21 (UTC +04:00)
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir

Bakı. Trend:

Bu gün İsveçrənin Bazel şəhərində İdman Gimnastikası üzrə Avropa Çempionatı başlanır.

Trend-in məlumatına görə, turnir Tokioda 23 iyuldan 8 avqusta qədər keçiriləcək Olimpiada oyunlarına kvalifikativ seçmə yarışı kimi baş tutacaq.

Kişilər arasında gimnastika yarışında Azərbaycanı Ağamurad Qəhrəmanov, İvan Tixonov, Nikita Simonov, qadın komandası tərəfindən isə Milana Minakovskaya və Marina Nekrasova təmsil edəcəklər.

İdman Gimnastikası üzrə Avropa çempionatı aprelin 25-dək davam edəcək.

Ümumilikdə yarışda iştirak etmək üçün dünyanın 38 ölkəsindən 280 idmançı qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti