...

Beynəlxalq üzgüçülük federasiyasına yeni prezident seçilib

İdman Materials 6 İyun 2021 05:51 (UTC +04:00)
Beynəlxalq üzgüçülük federasiyasına yeni prezident seçilib

Bakı. Trend:

Küveyt nümayəndəsi Hüseyn Əl-Müsallam Beynəlxalq üzgüçülük federasiyasının (FINA) yeni prezidenti seçilib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Seçkilər Qətərdə "FINA" konqresində baş tutub.

H.Əl-Müsallam 1996-cı ildən "FINA"da işləyir və 2015-ci ildən təşkilatın birinci vitse-prezidentidir. 61 yaşlı yeni rəhbər eyni zamanda Asiya Olimpiya şurasının baş direktoru və Küveyt Olimpiya komitəsinin baş katibidir.

Xaırladaq ki, Hüseyn Əl-Müsallam quruma 2009-cu ildən indiyədək rəhbərlik edən uruqvaylı Hulio Maqlionenin yerinə seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti