...

AVRO-2020: İsveçrə millisi Türkiyə yığmasına qalib gəlib (ƏLAVƏ OLUNUB)

İdman Materials 20 İyun 2021 21:51 (UTC +04:00)
AVRO-2020: İsveçrə millisi Türkiyə yığmasına qalib gəlib (ƏLAVƏ OLUNUB)

Bakı. Orxan Nəbiyev - Trend:

AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda qrup mərhələsinin üçüncü oyunu keçirilib.

Trend-in məlumatına görə, Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və İsveçrə milliləri qarşılaşıb.

Oyun İsveçrə millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, iyunun 12-də Bakıda keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0 hesabı ilə məğlub olmuşdu.

Bu oyunlardan başqa, Bakıda iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçilir. Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti