...

AVRO-2020: İngiltərə yığması yarımfinala vəsiqə qazandı

İdman Materials 4 İyul 2021 01:08 (UTC +04:00)
AVRO-2020: İngiltərə yığması yarımfinala vəsiqə qazandı

Bakı. Trend:

İyulun 3-ü futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində İngiltərə-Ukrayna oyunu baş tutub.

Trend-in məlumaıtna görə, oyun İngiltərənin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları H.Keyn (4-cü və 50-ci dəqiqələr), H.Maquayr (46-cı dəqiqə) və C.Henderson (63-cü dəqiqə) vurublar.

Beləliklə, İngiltərə yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsində İngiltərə Danimarka ilə qarşılaşacaq. Oyun iyulun 7-si baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti