...

Şevçenko futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi postunu tərk edib

İdman Materials 1 Avqust 2021 20:34 (UTC +04:00)
Şevçenko futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi postunu tərk edib

Bakı. Trend:

Andrey Şevçenko futbol üzrə Ukrayna milli komandasının baş məşqçi postundan istefa verdiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə ukraynalı mütəxəssis öz "İnstagram" səhifəsində yazıb.

O bildirib ki, müqavilənin müddəti bitib və uzadılmayacaq:

"Beş ili milli komandanın rəhbərliyində keçirtdim. Müasir futbol oynaya biləcəyimizi sübut etmək üçün çox çalışdıq. Ukrayna Futbol Federasiyasına, prezidentinə və idarə heyətinə Ukrayna millisi ilə işləmək imkanı yaratdığına görə minnətdaram".

Qeyd edək ki, keçmiş futbolçu 2016-cı ilin iyul ayında Ukrayna millisinin baş məşqçisi seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti