...

Yüngül atlet Ramil Quliyev Olimpiya Oyunlarında yarımfinala yüksəlib

İdman Materials 3 Avqust 2021 11:47 (UTC +04:00)
Yüngül atlet Ramil Quliyev Olimpiya Oyunlarında yarımfinala yüksəlib

Bakı. Orxan Nəbiyev - Trend:

Tokio-2020 Yay Olimpiya oyunlarında Türkiyəni təmsil edən azərbaycanlı yüngül atlet Ramil Quliyev 200 metr məsafəyə qaçışda yarımfinala yüksəlib.

Trend-in məlumatına görə, R.Quliyev ilkin mərhələdə 20,54 saniyə nəticə ilə ikinci olub.

Yarımfinal bu gün Bakı vaxtı ilə saat 15:50-də baş tutacaq.

Qeyd edək ki, R.Quliyev Türkiyə millisinin tərkibində 2017-ci ildə dünya çempionu, 2018-ci ildə Avropa çempionu adını qazanıb. O, həmçinin 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi oyunlarında həm 100 metr, həm də 200 metr qaçışda qızıl medallar qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti